İraqın qərbindəki Rutaba şəhəri ərazisində naməlum silahlıların hərbiçilərin avtomobil karvanına hücumu nəticəsində azı 10 hərbçi ölüb, təxminən 20-si yaralanıb.
“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin təmsilçisi mayor İmad əl-Dulaymi bildirib.
Onun sözlərinə görə, hərbçilər mühasirəyə düşüb. Mayor bildirib ki, hücum edənlər avtomat və tank əleyhinə əl qumbaraları ilə silahlanıb.
Heç bir qanunsuz silahlı qruplaşma və dəstə hadisənin məsuliyyətini üzərinə götürməsə də, Əl-Dulaymi hücumu İŞİD-i törətdiyini söyləyib: “Terrorçu İŞİD qruplaşması bu yolla Mosuldakı hərbçilərin diqqətinə yayındırmaq istəyir”.


Şərhlər