Menu

Le Pen partiyasının işlərindən uzaqlaşdınını bəyan edib

25.04.2017, 00:46
Le Pen partiyasının işlərindən uzaqlaşdınını bəyan edib

"Milli cəbhə" partiyasından Fransa prezidentliyə namizəd Marin Le Pen bəyan edib ki, seçki kampaniyası zamanı öz partiyasının işlərindən uzaqlaşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Le Pen France2 telekanalında müsahibəsində bildirib:

"Mən "Milli cəbhə"-dəki prezidentliyimdən məzuniyyət götürmüşəm. Mən indi yalnız prezidentliyə namizədəm".

Qeyd edək ki, 23 aprelin Fransada prezident seçkilərinin ilk turu keçirilib. Dövlət başçısı vəzifəsinə 11 namizəd iddia edir. DİN-in yekun məlumatlarına görə, birinci turun nəticələrinə görə "İrəli" hərəkatının lideri, ölkənin keçmiş iqtisadiyyat naziri Emmanuel Makron 24,01% səs toplayıb, "Milli cəbhəsi" partiyasının lideri Marin Le Pen 21,3%-lə ikinci olub. Bununla da Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququ qazanıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol