Menu

Xəzər donanmasına həyəcan siqnalı verildi

25.04.2017, 11:30
Xəzər donanmasına həyəcan siqnalı verildi

Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairəsinin (CHD) qoşun komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında döyüş hazırlığının qəfil yoxlanması çərçivəsində dənizə çıxıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə CHD-nin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Təlimlərə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" və "Böyük Ustyuq" kiçik raket gəmiləri, "Volqodonsk", "Həştərxan" və "Mahaçqala" kiçik artilleriya gəmiləri və s. cəlb edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol