Menu

Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etmədi

25.04.2017, 14:30
Türkiyə Ali Məhkəməsi ana müxalifətin şikayətini təmin etmədi

Türkiyə Ali Məhkəməsi referendumun nəticələrinin ləğvi ilə bağlı ana müxalifətin, Cümhuriyyət Xalq Partiyasının (CHP) şikayətini təmin etməyib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə açıqlama yayıb.

Açıqlamada bildirilib ki, müxalifətin şikayəti ilə bağlı qərarın qəbul edilməsi mümükün deyil.

Məhkəmədə müxalifətin şikayəti səs çoxluğu ilə rədd edilib.

Qeyd edək ki, aprelin 16-da Türkiyədə konstitusiya islahatı ilə bağlı referendum keçirilib. Referendumun nəticələrinə əsasən, seçicilərin 51,41 faizi dəyişikliklərə “Hə” (“Evet”), 48,59 faiz isə “Xeyr” (“Hayır”) deyib. Referendumun nəticələri ilə razılaşmayan Cümhuriyyət Xalq Partiyası əvvəlcə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol