Menu

Çeçenistanın müftisi Dəməşqdə Bəşər Əsədlə görüşüb

25.04.2017, 17:39

ramzan_kadirov1AzPolitika.info Rusiya KİV-ə istinadlə xəbər verir ki, Çeçenistanın müftisi Salah Hacı Mejiyev Dəməşqdə Suriyanın Prezidenti Bəşər Əsədlə görüşüb. Bu barədə Çesenistanın başçısı Ramzan Kadırov öz instaqramında xəbər verib.

Bəşər Əsəd, Hələbdə və Dəməşqdə yetim uşaqlara sığınacaq tikmək qəranına gəldiyi üçün Əhməd Kadırov fonduna və bütün çeçen xalqına minnətdar olduğunu bildirib.

Kadırov fondu bundan başqa, Hələbdə tarixi məscidin bərpasını maliyyələşdirir.

Görüş zamanı Qroznıda Dəməşq universitetinin filialının açılması barədə razılıq əldə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol