«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreya dünyada ilk dəfə olaraq, uçuş mərhələsində bir hədəfdən digər hədəfə tuşlana bilən yeni qanadlı raketini sınaqdan keçirib. Xəbəri «Defense News» nəşri yayıb.
Yeni raket, 500 kilometrlik məsafədə yerüstü hədəfləri vura bilir və bu zaman bir hədəfdən o birisinə asanlıqla tuşlanır. Uçuş trayektoriyasının final mərhələsində raket səsdən sürətli hərəkətə keçir, kasset tipli döyüş başlığının dağıdıcı təsiri isə 14 min kvadrat metr sahəni əhatə edir.
Tam olmayan məlumatlara görə, diametri 0,34 metr olacağı təqdirdə, yeni raketin uzunluğu 5 metrdən artıq, uçuş sürəti isə səs sürətindən yüksək olacaq. Bu sürət də ona hava hücumundan müdafiə sistemlərini adlamaq imkanı verir. Onun radarı yoxdur və bu səbəbdən də daha çox yanacaq götürə bilir…
Raketin sınaqları uğurla keçir və 2018-2019-cu illərdə silahlanmaya çıxarılacağı planlaşdırılır.


Şərhlər