Görüşdə Azərbaycanla Türkiyənin uğurlu inkişafından danışılıb
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Güllə görüşüb.
ANS PRESS-in məlumatına görə, iyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edilib. strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.
Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Şərhlər