Menu

“Şimali Koreya ABŞ-a zərbə endirə bilər” - Tillerson

28.04.2017, 20:33
“Şimali Koreya ABŞ-a zərbə endirə bilər” - Tillerson

“Şimali Koreyanın Seul və Tokioya nüvə zərbəsi endirməsi realdır”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

O bildirib ki, gələcəkdə Pxenyanın ABŞ-a zərbə endirmək imlanı yaranacaq.

“Ona görə də buna biganə qala bilmərik. Şimali Koreyanın ABŞ-a zərbə endirmək imkanlarının yaranması sadəcə zaman məsələsidir”, - deyə o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol