AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, cümə günü Çernoqoriya parlamenti ölkənin NATO-ya daxil olması barədə qərar qəbul edib. Xəbəri Çernoqoriya radiosu və televiziyası yayıb. İclasda 81 deputatdan cəmi 46 nəfəri iştirak edib. Belə ki, ötən ilin oktyabrından müxalifət parlamentin iclasını boykot edir.
Qərarın lehinə 46 deputatın hamısı səs verib. İclas səfərdə - Tsetine şəhəri parlamentinin binasında keçib. Müxalifət binanın qarşısında etiraz aksiyası keçirib. Aksiya «Demokratik cəbhə» partiyası tərəfindən təşkil olunub.
Çernoqoriyanın NATO-ya daxil olması Rusiya xarici işlər nazirliyində (XİN) narahatlıq doğurur. Bir həftə bundan əvvəl nazirlik Çernoqoriyada «antirusiya isteriyası» yaşandığını bəyan edib və bunu ölkənin alyansa daxil olmaq cəhdləri ilə əlaqələndirib.
Çernoqoriyanın alyansa daxil olmasına NATO üzvü 28 ölkədən 2-si razılıq verib.

Şərhlər