Bir neçə dəqiqə əvvəl “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev” stansiyasının yaxınlığında ağır yol nəqliyyat hadisəsi baş verib. AzNews.azxəbər verir ki, hadisə saat 10.00 radələrində metrostansiyanın üzərindən keçən Qara Qarayev prospekti, 2a ünvanının qarşısında törədilib.
İki marşrut avtobusunun toqquşması nəticəsində baş verən qəza zamanı 15-ə yaxın sərnişinin xəsarət aldığı bildirilib.
Qəza yerinə təcili tibbi yardım briqadaları cəlb olunublar.
Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, qəzaya səbəb 36 və 1 saylı sərnişin avtobuslarının toqquşması olub.
Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə bildirilib ki, qəza nəticəsində 8 nəfər xəstəxanaya çatdırılıb. Yaralıların artacağı gözlənilir.


Şərhlər