Kubada radarlardan itmiş An-26 sərnişin təyyarəsinin qəzaya uğradığı məlum olub.
"Report" xəbər verir ki, bu barədə "Ciber Cuba" portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə adanın qərbində, Pinar-del-Rio vilayətində baş verib.
"Biz Kuba hökumətindən aviaşirkətin hava insidenti barədə xəbərin təsdiqini aldıq. Təəssüf ki, bizə həmçinin həlak olanların da olduğunu təsdiqlədilər" – deyə portal bildirib.
Qəzada ölənlərin dəqiq sayı hələlik məlum deyil.


Şərhlər