Menu

Koalisiya qüvvələri Suriyada İŞİD-ə aviazərbələr endirib

30.04.2017, 17:39
Koalisiya qüvvələri Suriyada İŞİD-ə aviazərbələr endirib

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Suriyada Raqqanın qərbində yerləşən İŞİD tərəfindən ələ keçirilən Tabka şəhərinə endirdiyi aviazərbələr nəticəsində 8 dinc sakin həlak olub.

Trend-in verdiyi məlumata görə, bu haqda Suriya dövlət televiziyası xəbər verib.

Qeyd edək ki, Tabka şəhərində İŞİD-lə mübarizəni əsasən "Suriya demokratik qüvvələri" aparır. Koalisiyası onlara havadan dəstək göstərir. Rəsmi Dəməşq bu əməliyyatları qanunsuz hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol