Menu

Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

30.04.2017, 18:52
Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

Bakının Binəqədi rayonunda mənzildə 1 nəfərin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlununun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol