Menu

Şəhriyar Məmmədyarov ən güclü oldu

30.04.2017, 20:04

sehriyarŞəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan IV şahmat turnirinin yekun turu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sonuncu - doqquzuncu turda yarışın lideri, həmyerlimiz Şəhriyar Məmmədyarov bolqar şahmatçı Veselin Topalovla qarşılaşıb. Görüş heç-heçə başa çatıb və xallarının sayını 5,5-ə çatdıran Şəhriyar xatirə turnirinin qalibi olub.

Digər həmyerlimiz Teymur Rəcəbov isə mükafatçılar arasında yer ala bilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol