Menu

Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilmədi

05.06.2014, 12:20
Rauf Mirqədirovun apellyasiya şikayəti təmin edilmədi

Həbsdə olan jurnalist Rauf Mirqədirovun bu gün apellyasiya şikayətinə baxılıb.

Bu barədə ANS PRESS-ə jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

Səbail Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib:

“Mirqədirovun qohumları ilə görüş, telefon danışıqları məsələsinə baxılıb. Şikayətin təmin olunmama səbəblərini açıqlamadılar. Yəqin bunu öz qərarlarında açıqlayacaqlar. Ləmbaranskinin qərarından olan şikayətimizə isə sabah baxılacaq".

Xatırladaq ki, jurnalist Rauf Mirqədirov dövlətə xəyanət maddəsilə ilə ittiham olunaraq həbs edilib. Onun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol