Menu

MKİ-nin direktoru Cənubi Koreyada!

02.05.2017, 09:58
MKİ-nin direktoru Cənubi Koreyada!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo şənbə günü Cənubi Koreyaya qeyri-rəsmi səfərə gəlib. Pompeo bu ölkədə Cənubi Koreyanın bir sıra məmurları və kəşfiyyat nümayəndələri ilə görüşlər keçirib.

«Renxap» agentliyinin məlumatına görə, Koreya Respublikası milli kəşfiyyat Agentliyinin başçısı ilə görüş zamanı Pompeo Koreya yarımadasında yaranmış vəziyyəti, Şimali Koreyanın araqarışdırıcı fəaliyyət imkanları və ölkənin nüvə potensialı məsələlərini müzakirə edib. Bundan başqa, ABŞ-da yeni prezident seçkilərindən sonrakı mərhələdə Amerika-Cənubi Koreya münasibətləri mövzusuna da toxunulub.

KİV-in məlumatına görə, Şimali Koreya növbəti uğursuz ballistik raket sınağı keçirən zaman Pompeo Seulda olub və çərşənbə axşamına qədər orada qalacaq.

Bununla yanaşı, qeyd olunduğuna görə, hazırda prezident seçkilərində liderlik edən namizədin (Mun Ce İn Kim Ki Yun) partiyasından bildiriblər ki, MKİ-nin başçısı onlarla təmas qurmayıb.

Son iki ayda, Koreya yarımadasında gərginliyin artması fonunda ABŞ-nın dövlət katibi Reks Tillerson və vitse-prezidenti Maykl Pens Cənubi Koreyaya səfər edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol