«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Filippinin Prezidenti Rodriqo Duterte Donald Trampın dəvətini qəbul edə biləcəyinə şübhə ilə yanaşdığını bildirib. Prezident xatırladıb ki, hələ qarşıda onu Rusiyaya və İsrailə səfərlər gözləyir.
Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti «dostcasına söhbət» zamanı Duterteni Ağ evə dəvət edib. Bu zaman Tramp nə Dövlət Departamenti, nə də milli təhlükəsizlik Şurası ilə məsləhətləşməyib.
Trampın bu jestini eyni zamanda, hüquq-müdafiə təşkilatları də tənqidə məruz qoyular. Çünki onlar Duterteni narkoticarəti dəstəkləməkdə, eyni zamanda, jurnalistləri və siyasi opponentlərini qorxutmaqda ittiham edirlər.
«Philippine Star» qəzetinin yazdığına görə, Dutertenin Ştatlara səfərinə onun həddindən artıq yüklənməsi mane ola bilər.
«Mən, məşğulam və dəqiq heç nə vəd edə bilmərəm. Mən, hələ Rusiyaya və İsrailə getməliyəm» - deyə, Filippin lideri qeyd edib.

Şərhlər