Menu

Rejissor Oliver Stoun Putin haqqında film çəkir

02.05.2017, 10:07
Rejissor Oliver Stoun Putin haqqında film çəkir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, amerikalı rejissor Oliver Stoun Pusiya Prezidenti Vladimir Putin haqqında film çəkir və hesab edir ki, onun yeni kinolenti amerikalılar üçün yeni nöqteyi-nəzər açacaq. Xəbəri «The Sydney Morning Herald» nəşri yayıb.

«Putin - dünyada ən çox sayılan liderlərdən biridir və ABŞ onu düşmən - böyük düşmən elan etdiyi üçün mən hesab edirəm ki, onun nə deyəcəyini eşitmək bizim çox əhəmiyyətlidir» - deyə, rejissor qəzetə musahibəsində bəyan edib.

Onun sözlərinə görə, film «bütöv bir nöqteyi-nəzəri açır - onu ki, amerikalılar hələ eşitməyiblər». Stoun həm də qeyd edib ki, çəkiliş qrupu iki il ərzində Rusiya Prezidenti ilə 4 dəfə görüşüb.

Bununla bərabər, Stoun qeyd edib ki, onun lenti sənədli film yox, sual-cavab formasında söhbət olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol