Menu

Mixail Şumaxer bütün həyatını əlil arabasında keçirəcək

02.05.2017, 20:26

SumaxerFormula 1 yarışlarının əfsanəvi pilotu Mixail Şumaxerin gələcək durumu barəsində qəti qərara verilib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 2013-cü ildə xizək sürən zaman ölümcül xəsarət alan pilot ömrünün yerdə qalan hissəsini əl arabasında keçirəcək.

Həkimlər Şumaxer tam yaxşılaşsa belə, heç zaman yeriyə bilməyəcəyini bildiriblər. Bundan əlavə pilotun yaddaşında çox güclü problemlərin yaşanacağını da deyiblər.

Qeyd edək ki, 4 il bundan əvvəl qəzaya uğrayan pilot hələ də danışa bilmir. Yalnız gözləri ilə nəyisə təsdiq, ya inkar edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol