Menu

Ağdaşda 17 yaşlı qız damarlarını kəsib

03.05.2017, 00:06

ambulansAxşam saatlarında Ağdaş rayonunda intihara cəhd hadisəsi baş verib.

"Rerpot"un Şirvan bürosunun xəbərinə görə, rayonun Şəmsəbad kənd sakini, 2000-ci il təvəllüdlü Məhbubə Vüsal qızı Ədilova sağ qolunun damarını iti alətlə kəsib.

Hadisədən xəbər tutan valideynlər dərhal əraziyə Ağdaş Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasını çağırıblar. Xəstəxanaya çatdırılan M.Ədilovanın həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub. Hazırda xəstənin vəziyyəti normaldır.

Fakla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol