Menu

Seyf oğruları saxlanıldı - İçərisində 40 min manat olub

03.05.2017, 12:08
Seyf oğruları saxlanıldı - İçərisində 40 min manat olub

İçərisində 40 min manata yaxın pul olan seyfi oğurlamış Bakı sakinləri tutulublar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisindəki restoranlardan birindən içərisində 38 200 manat və 300 ABŞ dolları pul olan seyf oğurlanıb.

Nizami rayon Polis İdarəsi 25-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Emil Teymurov və əvvəllər məhkum olunmuş Mirzə Mirzəzadə tutulublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol