Menu

Qərb Putini daha ağır sanksiyalarla hədələdi

05.06.2014, 17:08
Qərb Putini daha ağır sanksiyalarla hədələdi

Brüssel sammitində Kremlə arzuolunmaz mesaj göndərildi

Brüsseldə toplaşan Qərb ölkələrinin liderləri Ukraynada keçirilən prezident seçkilərinin uğurla başa çatmasından istifadə edərək, Kiyevlə Moskva arasındakı gərginliyin aradan qaldırılması üçün çıxış yolu tapmağa çalışıblar. "Yeddilər"in iki günlük sammiti zamanı ABŞ prezidenti Barak Obama və avropalı liderlər Rusiyaya Kremlə mesaj göndərib ki, əgər Ukraynanın şərqində güc tətbiqinə son qoymasa, Rusiyaya qarşı iqtisadi sanksiyalar daha da sərtləşdiriləcək. "Biz məqsədyönlü sanksiyaları gücləndirməyə və şərait tələb edərsə, əlavə məhdudlaşdırıcı tədbirlər görməyə hazırıq. Bu da Rusiya üçün yeni problemlərə gətirib çıxaracaq", - deyə onlar birgə bəyanatlarında bildiriblər. Eyni zamanda, Ukrayna və Rusiya arasında danışıqların başlanması məsələsinə də diqqət yetirilib. "Güman edirik ki, Rusiyanı əməkdaşlığa meyl göstərməyə və Ukraynada stabilliyi pozmağa yönəlik fəaliyyətə son qoymağa vadar etmək üçün müəyyən diplomatik və siyasi imkanlarımız var", - deyə sammitə sədrlik edən Avropa Birliyinin prezidenti Herman van Rompey bildirib. Qeyd edək ki, Obama Brüsselə yola düşməmişdən əvvəl Polşada Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ilə görüşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol