Menu

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

03.05.2017, 17:32
Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi qəbul imtahanı verən abituriyentlərə müraciət edib.

DİM-dən verilən xəbərə görə, artıq namizədlər, imtahan iştirakçıları imtahanların nəticələrini Azercell mobil operatoru vasitəsilə mərkəz tərəfindən müvafiq nəticələr rəsmi elan olunan gündən etibarən öyrənə biləcəklər. Nəticələri öyrənmək üçün iş nömrəsini 7727-yə göndərmək lazımdır. Abonentin nömrəsinə toplanan bal haqqında məlumat göndəriləcək.

Xatırladaq ki, imtahan nəticələri eyni zamanda DİM-in internet saytında yerləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol