Menu

 "Yuventus" "Monako"nu səfərdə məğlub edib - Çempionlar Liqası

04.05.2017, 00:47
 "Yuventus" "Monako"nu səfərdə məğlub edib - Çempionlar Liqası

Futbol üzrə Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

"Report"un məlumatına görə, Fransa təmsilçisi "Monako” İtaliya "Yuventus”unu qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Hər iki qolu Qonsalo İquain vurub.

Bununla da "Yuventus" finala vəsiqəni böyük ölçüdə təmin edib. Bunun gerçəkləşməməsi üçün mayın 9-da İtaliyada keçiriləcək cavab görüşündə "Monako" 2 topluq fərqi aradan qaldırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.

Çempionlar Liqası

Yarımfinal, ilk oyun

3 may

22:45. "Monako” (Fransa) – "Yuventus” (İtaliya) - 0:2

Qollar: Qonsalo İquain, 29; 79

Baş hakim: Antonio Mateu Laos (İspaniya)

Monako. II Lui stadionu

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə İspaniyanın "Real Madrid" və "Atletiko" klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol