Menu

Cənubi Koreya KXDR-ı «işğal olunmuş ərazi» adlandırıb!

05.05.2017, 01:09
Cənubi Koreya KXDR-ı «işğal olunmuş ərazi» adlandırıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, rəsmi Seul Koreya Xalq Demokratik Respublikasını (KXDR) «qeyri-qanuni işğal olunmuş ərazi» hesab edir. Xəbəri «www.yonhapnews.co.kr» agentliyi yayıb.

Cənubi Koreyanın Müdafiə nazirliyində (MN) bəyan ediblər ki, bütün Koreya yarımadasının yeganə qanuni hökuməti Seulda yerləşir.

«Atəşkəs xəttindən şimaldakı ərazi KXDR tərəfindən işğal olunub» - deyə, idarədə belə hesab edirlər.

Cənubi Koreyan hökuməti Konstitusiyanın 3-cü maddəsinə yenidən baxılmasının vacibliyi barədə diskussiyalara bu formada reaksiya verib. Sözügedən Konstitusiya maddəsinə görə, KXDR-nın ərazisi Cənubi Koreyaya məxsusdur.

Qərblə Şimali Koreya arasında müharibənin başlanacağı təqdirdə - KXDR ərazisinə Çin və Yaponiya orusunun çıxarılması halında Cənubi Koreya bu hərəkətləri ölkə Konstitusiyasının pozulması hesab edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol