Menu

Meşədən 100 kiloqram sümükdən ayrılmış at əti tapıldı - XAÇMAZDA

05.05.2017, 13:59
Meşədən 100 kiloqram sümükdən ayrılmış at əti tapıldı - XAÇMAZDA

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Xaçmaz rayonunun Padar kəndində meşədə 100 kiloqram at əti aşkalayıb.

Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli virtualaz.org saytına bildirib ki, daxil olmuş məlumat əsasında rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin iştirakı ilə meşəyə baxış keçirilib. “İlkin araşdırma nəticəsində məlum olub ki, heyvan Padar kənd sakini Məmmədov İsmayıl tərəfindən kəsilib, sümükdən ayrılıb. At ətini Bakıda satmaq istəyiblər”, - Y.Xanvəli deyib.

Ətdən nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Xaçmaz rayonunda aşkarlanan ikinci belə hadisədir. Heyvan öləndən sonra kəsilərək əhaliyə mal əti adı ilə satılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol