Menu

««İslam dövləti» qruplaşması təslim olmur, amma…» - Lavrov

05.05.2017, 16:27
««İslam dövləti» qruplaşması təslim olmur, amma…» - Lavrov

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkənin xarici işlər naziri Sergey Lavrov «İslam dövləti» (İD) qruplaşmasının axırına çıxacaqlarını vəd edib.

«Onlar Yaxın Şərqdə və Şimali Afrikada fəaliyyət göstərirlər, hələlik təslim olmaq istəmirlər, amma biz, mütləq onların axırına çıxacağıq» - deyə, nazir «Mir 24» telekanalının efirindən səsləndirib.

Lavrovun sözlərinə görə, «İQ» həm də Əfqanıstanda - xüsusilə, Rusiyanın qonşuları və müttəfiqləri ilə həmsərhəd olan şimal rayonlarında fəallıq göstərir.

İlyarım bundan əvvəl Prezident Vladimir Putin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində (BMT BM) çıxış edərək, qərbli həmkarlarına terrorçuluqla birgə mübarizə aparmağı təklif edib. «Koalisiyanın heç də tam formada yaradılmamasına baxmayaraq, Rusiya Prezidentinin təklifi qüvvədə qalır» - deyə, Lavrov əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol