Menu

Türk futbolçu dənizdə boğuldu

06.06.2014, 11:52
Türk futbolçu dənizdə boğuldu

Sedat Yücenin istirahətə getdiyi şəhərdən meyiti qayıdıb

Türkiyəli gənc futbolçu dənizdə boğulub. ANS PRESS-in məlumatına görə, "Ankaraspor"da oynayan 1994-cü il təvəllüdlü Sedat Yüce istirahət etdiyi Alanyada dənizdə itib.

Futbolçu sərinləmək üçün 3 dostu ilə birlikdə dənizə girib. Lakin qısa müddət sonra o dalğalar arasında itib.

Artıq Sədat Yücənin ölümü ilə bağlı klub rəhbərliyindən açıqlama veriblər. “Bu xəbəri indi öyrəndik. Çox kədərləndik. Onun yaşadığı ünvana gedirik”.

Türkiyə Futbol Federasiyasiyasından da Sədat Yücənin ölümü ilə bağlı başsağlığı mesajı verilib. Mesajda dünyasını dəyişən futbolçuya Allahdan rəhmət, ailəsinə isə başsağlığı dilənib.

Qeyd edək ki, Sədat Yücə futbol fəaliyyətinə Amasya şəhərində başlayıb. Daha sonra o, “Samsunspor”a transfer olub. Bir müddətdən sonra Sədat Yücə “Ankaraspor” futbol kubunda fəaliyyətini davam etdirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol