Menu

Merkel NATO-nu «ikili yanaşma»ya çağırıb! - Rusiyaya münasibətdə

06.05.2017, 23:07
Merkel NATO-nu «ikili yanaşma»ya çağırıb! - Rusiyaya münasibətdə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel mayın 2-də Putinlə görüşündən sonra, bəyan edib ki, NATO Rustya ilə dialoqu davam etdirməli və bu zaman ona layiqli cavab verməyə hazır olduğunu nümayiş etdirməlidir.

«Mən inanıram ki, biz bu ikili yanaşmamızdan istifadə edərək, bir tərəfdən, gücümüzü göstərə, o biri tərəfdən isə dialoqa hazır olduğumuzu və düzgün yol seçdiyimizi nümayiş etdirə bilərik» - deyə, Almaniya hökumətinin rəsmi saytı kanslerdən sitat gətirir.

NATO-nun Baş katibi Yens Stoltenberq lə Rusiya ilə dialoqa hazır olduqlarını dəfələrlə qeyd edib: «Biz, yeni soyuq müharibə istəmirik. Biz, yeni silahlanma yarışı istəmirik…». Bununla bərabər, Baş katib hər dəfə qeyd edib ki, Moskva ilə qarşılıqlı fəaliyyət üçün üsullar aramaq lazımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol