Menu

«Yeri xilas etmək üçün insanlara həşarat yemək lazımdır!» - Alimlər yazırlar…

07.05.2017, 00:10
«Yeri xilas etmək üçün insanlara həşarat yemək lazımdır!» - Alimlər yazırlar…

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Britaniya alimlərinin fikrincə, qlobal ismtiləşmə ilə effektli mübarizə aparmaq üçün insanlar həşarat yeməlidirlər. Onların sözlərinə görə, həşaratların təbii artımının (populyasiya) azaldılması Yer kürəsində temperaturun yüksəlməsinə səbəb olan şitillik effektini aşağı salmağa kömək edər.

Tədqiqatçılar təsdiqləyirlər ki, böcək və tarakanlar toyuq və ya donuz əti qədər dadlı və qidalıdır. Bu üsulla toyuq və ya heyvan ətindən imtina etmək planetdə kənd təsərrüfatına yararlı 1,6 milyard hektar sahəni sərbəstləşdirmək olar. Hazırda, qlobal miqyasda otlaq sahələri əkin sahələrindən 2 dəfə artıq ərazini əhatə edir, ev heyvanları isə yığılan kənd təsərrüfatı məhsulunun təxminən, üçdə birini «istehlak» edir.

Heyvanların yetişdirilməsi zamanı böyük həcmlərdə içməli sudan istifadə olunur ki, sonradan bu su yığım-axım kanallarına axıdılır və ətrafa tullanır. Bütün bunlar isə ətraf mühitə və insanlara öz neqativ təsirini göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol