Menu

AKP-dən olan keçmiş deputat tutuldu - FETÖ ittihamı

08.05.2017, 14:27
AKP-dən olan keçmiş deputat tutuldu - FETÖ ittihamı

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan keçmiş millət vəkili Ahmet Tefik Uzun Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinərək saxlanılıb.

“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, 1968-ci ildə anadan olan Ahmet Uzun İstanbul Unversitetinin əczaçılıq fakültəsini bitirib.

O, Mersindən 24-cü çağırışda AKP-dən parlamentə üzv seçilib.

Türkiyənin üç əyalətində FETÖ-yə qarşı keçirilən əməliyyat çərçivəsində Kastamonu-Azdavay bölgələrinin icra başçısı, Ordu-Ünyenin keçmiş icra başçısı M.D, Trabzon-Ortahisarın keçmiş başçısı M.Ş. və Çorum-Laçinın keçmiş başçısı M.E. də tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol