Bu dəqiqələrdə Bakıdakı “Bayıl Arena”da Azərbaycanın U-23 milli komandası İslam Oyunlarındakı ilk oyununda Kamerun yığmasını qəbul edir.
Təəssüf ki, Azərbaycan komandasının öz meydançasında keçirdiyi ilk oyunu çox az tamaşaçı izləyir. Lakin hələ may ayının 1-də İslamiadanın mətbuat xidməti bildirmişdi ki, Azərbaycan komandasının bütün oyunlarına biletlər satılıb və tribunalar dolacaq.
“Bayıl Arena” 3200 tamaşaçı tutumuna malikdir, fəqət hazırda tribunalarda heç 1000 nəfər də yoxdur.
Doğrudanmı, tamaşaçılar biletləri alıb, stadiona getməmək qərarı veriblər? (virtualaz)


Şərhlər