Menu

Gəncədə 26 yaşlı gənc bıçaqlanıb

08.05.2017, 23:55

bicaqGəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Məhsəti qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Nicat Mehman oğlu qarnın kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.

N. Məmmədovun sözlərinə görə, o, qəsəbədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol