Menu

Almaniya bir qrup türkiyəli hərbçiyə sığınacaq verib!

10.05.2017, 00:38
Almaniya bir qrup türkiyəli hərbçiyə sığınacaq verib!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniya Federativ Respublikası (AFR) hökuməti türkiyəli bir qrup «qaçqın» hərbçiyə sığınacaq verib.

Ölkədə dövlət çevrilişinə uğursuz cəhddən sonra, Almaniyaya qaçmış həmin hərbçilər uyğun xahişlə AFR hakimiyyət orqanlarına müraciət ediblər.

Xəbərdə qeyd olunur ki, Almaniya hökuməti ilk növbədə, diplomatik pasportu olan hərçilərin sifarişlərini müsbət həll edib. Dəqiq nə qədər türkiyəli hərbçinin Almaniyada sığınacaq alması barədə məlumat verilmir.

Bundan əvvəl xəbər verilmişdi ki, Almaniyadan sığınacaq istəyən türkiyəli hərbçilərin və diplomatların sayı 250 nəfərdən artıqdır. Guya ki, onların hamısı öz ölkəsində dövlət çevrilişinin baş təşkilatçısı Fətullah Gülənlə əlaqədə şübhəli bilinərək, təqib olunurlar.

Buradan açıq görsənir ki, Almaniya hökuməti Türkiyədəki məlum dövlət çevrilişinə uğursuz cəhddən sonra, bundan əvvəl Türkiyəyə yerləşdirmiş olduğu casuslarına öz ağuşunu geniş açıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol