Menu

Ukrayna Prezidenti Rusiyanı Hitler Almaniyasına bənzədib!

10.05.2017, 00:48

porosenkoAzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanı Hitler Almaniyası ilə müqayisə edib.

Prezident özünün «Tvitter»ində yazıb ki, Rusiya Krımı 80 il bundan əvvəl, Hitler Almaniyası özgə əraziləri qəsb etdiyi kimi, ilhaq edib.

Poroşenko həm də vətənin müdafiəsi zamanı Rusiya təcavüzünə qarşı qəhrəmanlıqla döyüşdüklərinə görə, Ukrayna hərbçilərinə təşəkkür edib.

«Nə qədər ki, Rusiya-Ukrayna sərhədində sakitlik bərqərar edilməyib, Avropanın təhlükəsiz gələcəyi mümkün deyil» - deyə, Poroşenko əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol