Menu

"Moskva Dağlıq Qarabağda müharibə istəmir" - Amerikalı həmsədr

10.05.2017, 13:11
"Moskva Dağlıq Qarabağda müharibə istəmir" - Amerikalı həmsədr

"Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək".

APA-nın məlumatına görə, bu sözləri ATƏT Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.

“Rusiya ilə ABŞ arasında münasibətlərin hazırkı vəziyyətindən asılı olmayaraq mən inanıram ki, Rusiya və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində əməkdaşlığı davam etdirəcək. Həmsədr ölkələr arasında illərlə qurulan sıx əlaqələr mənə bunu deməyə əsas verir. Moskva ilə Vaşinqton arasında münasibətlər bu problemin həllinə heç bir neqativ təsir göstərməyəcək. Moskva Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında müharibə istəmir. Bu, bütün regionda sabitliyi poza bilər və Rusiyanın maraqlarına ziddir”.

Diplomatın sözlərinə görə, Rusiya ilə ABŞ-ın milli maraqlarında fərqliliklər və dünyada baş verən hadisələrə fərqli yanaşmaların mövcud olmasına baxmayaraq, hər iki ölkə Dağlıq Qarabağ kimi məsələlərdə birlikdə çalışıb, problemi birlikdə həll edə bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol