Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşını qətlə yetirib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə mayın 10-da səhər saatlarında baş verib. Qaqik Mesropyan həmkarına odlu silahdan atəş açıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər