Menu

Ermənistanda etiraz aksiyası - Kəndlilər yolu bağladı

10.05.2017, 18:32
Ermənistanda etiraz aksiyası - Kəndlilər yolu bağladı

Bu gün saat 12:40 radələrində bir qrup Ermənistan vətəndaşı magistral yolu bağlayaraq etiraz aksiyası keçirib.

Azvision.az bildirir ki, aksiya İcevan bazarı yaxınlığında baş verib.

Sakinlər yolların bərbad vəziyyətdə olmasına, İcevanda kənd təsərüfatı məhsullarının küçədə satışına qadağa qoyulmasına etiraz ediblər.

Etirazçılar arasında Daşnaksütyun Partiyasının üzvləri də olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol