Menu

«Rusiya və ABŞ beynəlxalq problemləri birgə həll edirlər» - Lavrov

10.05.2017, 22:20
«Rusiya və ABŞ beynəlxalq problemləri birgə həll edirlər» - Lavrov

"AzPolitika.info" Rusiya KİV-ə istinadla xəbə verir ki, Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampla Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov arasında 40 dəqiqəyə yaxın davam edən görüş başa çatıb.

Danışıqlardan sonra, Tramp Suriyada qətllərə son qoymağın vacibliyini dilə gətirib. Onun sözlərinə görə, bütün səylər məhz bu məqsədə fokuslanıb.

Lavrov isə qeyd edib ki, çətinliklərə baxmayaraq, Rusiya və ABŞ beynəlxalq problemləri birgə həll edirlər.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ dövlət katibi Reks Tillersonla Rusiya Prezidenti Vladimir Putin arasında bir ay bundan əvvəl keçirilmiş görüş bugünkü görüşdən (Tramp-Lavrov görüşü) iki dəfə artıq vaxtda davam etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol