Menu

Cənubi Koreya Prezidenti KXDR-a getməyə hazırdır!

10.05.2017, 22:25
Cənubi Koreya Prezidenti KXDR-a getməyə hazırdır!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Cənubi Koreyanın yeni Prezidenti Mun Çje İn bəyan edib ki, ikitərəfli münasibətləri normallaşdırmaq məqsədilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər etməyə hazırdır.

Prezident, vəzifəsinin icrasına başlaması münasibətilə keçirilən təntənəli mərasimdə bu barədə söhbət açıb: «Əgər, bu, vacib olarsa, mən təcili surətdə Vaşinqtona uçmağa hazıram. Mən, Pekin əvə Tokioya da gedəcəm. Əgər müvafiq şərait yaradılarsa, mən, Pxenyana yola düşərəm».

Cənubi Koreya Prezidenti həm də dövlətinin gerçək xalqçı başçısı olacağını və bütün vətəndaşlarının fikrinə qulaq asacağını vəd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol