Bakının Nəsimi rayonunda " Niagara" Ailəvi İstirahət Mərkəzində baş vermiş yanğın söndürülüb.
"AzPolitika.info"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli "Niaqara” şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb.
Şadlıq evi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Paytaxtda yerləşən "Niaqara" restoranında yanğın hadisəsi baş verib.
"AzPolitika.info" PrimeTime.Az-a istinadən xəbər verir ki, restoranın həyətində başlayan yanğını söndürmək üçün 3 ədəd yangınsöndürmə maşını cəlb olunub. Yanğın davam edir.
Qeyd edək ki "Niaqara"nın Müdafiə Sənayesi naziri Yavər Camalova məxsus olduğu deyilir.




Şərhlər