Menu

Yevlaxda yanğınla nəticələnən yol qəzası baş verib

11.05.2017, 00:33

fhn_car_141016Yevlaxda yanğınla nəticələnən yol qəzası qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı-Yevlax yolunun, Yevlax rayonu ərazisindən keçən hissəsində “VAZ”, “Mercedes” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Nəticədə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol