Menu

Meyiti tapılan 4 yaşlı uşağın baş nahiyəsində xəsarətlər olub

11.05.2017, 12:06
Meyiti tapılan 4 yaşlı uşağın baş nahiyəsində xəsarətlər olub

Quba rayonunun Bərqov kəndində meyiti tapılan 4 yaşlı Fuad Mustafayevin baş nahiyəsində - alnında xəsarətlər olub.

Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov "Report"un Şimal bürosuna bildirib ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi (yıxılıb və ya qəsdən öldürülüb) məlum olacaq.

Bərqov kənd sakinlərinin sözlərinə görə, Fuad Mustafayevin meyiti yaşadığı evin hasarının dibində tapılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol