Menu

Masallı sakinini elektrik cərəyanı vuraraq öldürüb

11.05.2017, 15:55
Masallı sakinini elektrik cərəyanı vuraraq öldürüb

Masallı rayon sakinini elektrik cərəyanı vurub.APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb. Kənd sakini, hələlik şəxsiyyəti məlum olmayan kişini cərəyan vurub.

Həmin şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda ölüb.

Hadisəyə səbəb kimi elektrik naqilləri ilə ehtiyatsız davranma göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol