Menu

«Tramp, Kominin sədaqətinə çoxdan inanmırdı» - «Vaşinqton post»

11.05.2017, 20:30
«Tramp, Kominin sədaqətinə çoxdan inanmırdı» - «Vaşinqton post»

«AzPolitika.info»-nun «Vaşinqton post» qəzetinə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Federal Təhqiqat Bürosunun (FTB) eks-direktoru Ceyms Kominin sədaqətinə çoxdan inanmırmış.

Qəzetin məlumatına görə, Prezident FTB direktorunun vəzifəsindən azad edilməsi barədə qərarı mayın 3-də Konqresin hüquq komitəsindəki dinləmələrin gedişində onun çıxışından sonra qəbul edib.

O zaman söhbət həm də Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsinin araşdırılması məsələsindən gedib. Trampın fikrincə, son həftələr ərzində, federal hökumətdə informasiya sızmalarının qarşısının alınması istiqamətində Kominin fəaliyyətsizliyi onu qəzəbləndirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol