Menu

“Tank” ləqəbli kikboksçumuz Holland tankına qarşı - Böyük döyüş

11.05.2017, 23:13
“Tank” ləqəbli kikboksçumuz Holland tankına qarşı - Böyük döyüş

Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü, "tank" ləqəbli Xəyal Əhmədov 13 may 2017-cil tarixində Niderlandda gərgin və ağır döyüşünü keçirəcək.

Federasiyadan bildirilib ki, 2017-ci ilə qələbələrlə başlayan Xəyal Əhmədov Avropanı fəth eləməkdədir.

Yarışlarda məğlubiyyəti özünə yaxın buraxmayan kikboksçumuzun bu dəfəki rəqibi təcrübəli idmançı Dennis Koeimandır.

Federasiyanın yaydığı xəbərdə bildirilir ki, Xəyal Əhmədov, həmçinin Yeni Azərbaycan Partiyasının Nizami Rayon Gənclər Təşkilatının sədr müavinidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol