AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri məhkumların vahid məlumat bazasını yaratmaq qərarına gəliblər.
Hər şeydən əvvəl, söhbət ağır cinayətlər törətmiş məhbuslardan gedir. «Rossiyskaya qazeta»-nın yazdığına görə, bu, terrorçuların və ekstremistlərin yerdəyişmələrinin izlənməsinə kömək edəcək. Rusiya Federal cəzaçəkmə xidmətində (RFCX) hesab edirlər ki, belə bazanı yarım il ərzində yaratmaq mümkündür.
Bundan əvvəl bəzi MDB ölkələrinin məhbəs xidmətləri bu cür bazaya məhkum olunmuşların təkcə adlarının yox, həm də DNT və biometrik məlumatlarının daxil olunmasını təklif etmişdilər.


Şərhlər