Menu

Masallıda evlərdən oğurluq edən şəxs tutuldu

12.05.2017, 12:32
Masallıda evlərdən oğurluq edən şəxs tutuldu

Oğurluqda təqsirləndirilən Masallı rayon sakini saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şübhəli şəxs qismində saxlanılan, rayonun Yeddioymaq kənd sakini, 31 yaşlı Ağayev Ruslan Ayaz oğlu yaşadığı kənddə gizli yolla evlərə girərək əmlakı talamaqda təqsirli bilinir. R.Ağayev kənddə əsasən yaşayış olmayan evlərə girərək oradan oğurluq edirmiş. Onun vətəndaşlara vurduğu ziyan hesablanır.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol