Menu

Romada partlayış olub

12.05.2017, 13:00
Romada partlayış olub

İtaliyanın paytaxtı Romanın mərkəzində, BMT-nin binasının və poçt şöbəsinin yaxınlığında partlayış olub.

“Report” “RaiNews24” televiziyasına istinadən xəbər verir ki, partlayış nəticəsində bir avtomobilə ziyan dəyib.

Xəsarət alanlar və hadisə qurbanları barədə məlumat yayılmayıb.

Hadisə yerinə polis qüvvələri və yanğınsöndürənlər cəlb edilib.

Məlumata görə, partlayışın səbəbi araşdırılır. Heç bir versiya, o cümlədən əldə qayırma qurğunun partladılması istisna edilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol