Menu

Göygöldə uşaq su hovuzuna düşərək boğulub

12.05.2017, 20:07
Göygöldə uşaq su hovuzuna düşərək boğulub

Göygöldə 3 yaşlı uşaq hovuza düşərək boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.

2013-cü il təvəllüdlü İsgəndərov Ayxan Rauf oğlu valideynlərin gözündən yayınaraq həyətdəki su hovuzuna düşüb və boğularaq ölüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol